!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın silahlanması və müharibə EHTİMALI: “Bu amil bölgədə gərginliyi artırır”

!Reklam – Yazi

“Ermənistanla Azərbayacan arasında toqquşma mümkündür”.

Bunu Cənubi Qafqazda baş verən proseslər, Ermənistanın silahlanmasını və müharibə ehtimalını Yenicag.az-a dəyərləndirən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Rövşən Məhərrəmovun sözlərinə görə, Ermənistanın silahlanması gərginliyi artırır.

“Ermənistanın müdafiə naziri Seula səfər edib, oradan isə Yaponiyaya səfəri gözlənilir. Ermənistan tərəfi qərara alıb ki, Cənubi Koreyadan tank alsın. Bu, onu göstərir ki, Ermənistan Hindistan və Fransa ilə kifayətlənmir. Artıq Cənubi Koreyadan, Yaponiyadan silah almaq istəyir. Tanklar da hücum silahlarıdır. Bu Cənubi Qafqazda gərginliyin artmasına gətirib çıxarır. Cənubi Koreyanın Ermənistana özbaşına silah satmağını gözləmirəm. Burada ABŞ və Fransanın rolu var”, – deyə o bildirib.

O qeyd edib ki, Ermənistan dildə sülhdən danışır, ancaq əməldə silahlanır.

“Ermənistan sülh müqaviləsinin bağlanmasını uzadır. Silahlanmaya baxanda da bunun niyə etdiyini demək olar.

Cənubi Qafqaz uğrunda mübarizə gedir. Ermənistanın silahlandırılması, ona ABŞ və Fransadan dəstək verilməsi, eyni vaxtda Azərbayacanın da adekvat addımları Ermənistanla Azərbayacan arasında toqquşmanın mümkünlüyünə gətirib çıxarır.

ABŞ-də noyabr ayında prezident seçkiləri keçiriləcək. Bu seçkilərin nəticəsi proseslərin necə cərəyan edəcəyini müəyyən edəcək. Sülh müqaviləsinin vaxtının uzadılmasının əsas səbəblərindən biri də bu ola bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv