!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın sülh istəyi və müharibə RİTORİKASI: “Rusiya ikibaşlı oynayır”

!Reklam – Yazi

“Ermənistan isə əvvəl sülh deyə, yalvarırdı, indi tam əksini edir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistan tərəfinin eyni vaxtda həm sülhdən, həm də müharibə ritorikasından istifadə etməsini şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, Rusiya ikibaşlı oynayır.

“Ermənsistan baş naziri Nikol Paniynan bir neçə gün əvvəl deyirdi ki, artıq sülh danışıqları gedir, yaxınlarda sülh müqaviləsi imzalana bilər. Ardınca isə xəbər yayıldı ki, Rusiya Ermənistana raketlər verib, ABŞ isə Qarabağdan getmiş ermənilərin geriyə qaytarılmasını istəyir. Avropa ölkələri erməniləri müdafiə edir”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, Rusiya Azərbaycanla strateji müttəfiq olduğunu deyir, qaz, neft mübadiləsi haqqında saziş imzalayır.

“Ancaq Rusiya Ermənistana silah göndərir, Azərbaycanın müxtəlif rayonlarında qarışıqlıq salmağa çalışır. Rusiya Azərbaycana qarşı üstüörtülü şəkildə addımlar atır. Ermənistan isə əvvəl sülh deyə yalvarırdı, indi tam əksini edir. Mürəkkəb bir vəziyyət yaranıb. Belə bir vəziyyətdə ortaq məxrəci tapmaq o qədər də asan deyil”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv