“Əş-Şəbab” qruplaşmasının lideri məhv edilib

media-hightechnic-468x90

Somalidə “Əş-Şəbab” terror qruplaşmasının lideri Abdi Badip məhv edilib.

Yeniçağ.Az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Somali hökumətinin yaydığı açıqlamada bildirilir.

Məlumata əsasən, Abdi Badip ölkənin cənubunda həyata keçirilən əməliyyat nəticəsində öldürülüb. Onun birgə terror qruplaşmasının daha 3 üzvü zərərsizləşdirilib. Əməliyyat zamanı bir ABŞ hərbçisinin həlak olduğu bildirilir.

Qeyd edək ki, Somalidə “Əl Qaidə” ilə əlaqəli olan “Əş-Şəbab” terrorçu qruplaşması fəaliyyət göstərir. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600