Son günlər unun bahalaşmasının çörəyin qiymətinə təsir edəcəyi şübhəsizdir. Azərbaycan əslində, idxaldan asılı olan ölkə kimi çörəyin bahalaşmasını sosial problem kimi qarşılamalıdır. Vətəndaşların gündəlik məişətində əsas ərzaq məhsulu kimi xüsusi yeri olan çörəyin qiymətinin qaldırılması isə sosial vəziyyəti onsuz da çətin olan ailələrin dolanışığının daha da ağırlaşmasına səbəb olacaq.
Əslində unun bahalaşmasında maraqlı olan tərəf və yaxud tərəflər var. Bu sözsüz min bir zəhmətlə buğdanı yetişdirən kəndli deyil. Burada unun bahalaşmasında maraqlı olan iri oliqarxlar və yaxud biznesmenlərdir. Belə ki, Azərbaycana buğdanın böyük hissəsi ölkəyə kənardan idxal olunur. Unun idxalına nəzarəti isə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova bağlı olan “Gilan Holdinq” həyata keçirdi. Son günlər ərzində ölkəyə gətrilən buğdanın bahalaşmasına kənd Təsərrüfatı Nazirliyi nədənsə münasibət bildirmir. Ölkənin ən böyük un istehsalçısı “Karat” firmasının sahibi,millət vəkili Əsabil Qasımov da bu günlər nədənsə susqundur. Xatırladaq ki,unun bahalaşmasında əsas söz sahiblərindən biri olan elə məhz “Karat” firmasıdır. Çünki ölkənin ən böyük un istehsalçısı olan bu firmının rayonlarda onlarla zavodu var. Əhalidən taxılı ucuz qiymətə alan millət vəkilinin firması indi onun un şəklində baha satır.Unun qiymətinin qalxması hansı problemləri yarada bilər və əhali bunu necə hiss edəcək?. AZERİNFO.ORG-a bu haqda bu haqda danışan kənd təsərrüfatı sahəsi üzrə ekspert unun, taxılın, xüsusilə buğdanın qiymətinin qalxmasını daha çox 500 qramlıq çörəyin qiymətilə müəyyən etmək olur. Əhalinin azgəlirli təbəqəsi daha çox bu çörəkdən istifadə etdiyi üçün onun çəkisi standarta görə, 500 qram, qiyməti də 30 qəpik olmalıdır. Lakin benzin və dizel yanacağının qiyməti artandan sonra bu çörəyin çəkisi də ciddi şəkildə azalıb. Hazırda onun çəkisi 350-300 qram arası dəyişir. Bunu isə istehlakçı hiss etmir: “Bu istiqamətdə məharətlə manipulyasiya edir, çörəyin çəkisini aşağı salırlar. Məsələn, çörəkdə nəmliyin faizini artırırlar, bu da onun keyfiyyətini aşağı salsa da, dəyərini qaldırır. Beləliklə, çörəyin qiymətini saxlayır, çəkisini isə azaldırlar. Geniş yayılan bir variant isə çörək zavodlarının fərqli çeşiddə çörək istehsal edərək onu istehlakçıya baha qiymətə təklif etməsidir. Bu zavodlar hakimiyyətə söykənən şəxslərin əlindədir və istədikləri yollarla qiymətə təsir edirlər. Həmin zavodların istehsal etdiyi çörəklərin eləsi var ki, 350-300 qramdır, amma qiyməti 50 qəpikdən çoxdur”.
Ekspert əlavə edir ki, çörək bişirmək üçün istifadə edilən un 4-cü və 5-cü sinif buğdadan alınır. Azərbaycanda çörəkbişirmə sahəsində uzun illərin problemləri həll olunmur, əsas da keyfiyyət dəyişmir. Nə olursa-olsun, qiymət qalır və yaxud qaldırılır, keyfiyyət isə getdikcə aşağı düşür. Bunun acısını isə çörəkdən asılı olan aztəminatlı təbəqə çəkir. (azerinfo.org)
www.yenicag.az