Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Əsas istiqamətlərdə döyüşlər davam edir” – Səxavət Məmməd cəbhədən xəbər verir

“Ermənilərin Ağdam istiqamətində yayındırıcı manevrlərinin qarşısı dərhal alınır və onlar geri oturdulur”.

Bunu döyüş bölgəsində oktyabrın 7-si saat 13:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin məlumatına görə, dünən gecə saatlarından etibarən, cəbhənin əsas istiqamətlərində döyüşlər davam edir:

“Düşmən Ağdam istiqamətində yayındırıcı manevr etməklə, əlverişsiz relyefə malik o istiqamətlərdə Azərbaycan ordusunun hücuma keçməsinə çalışır. Ermənilər artıq iki gündür ki, bu hiylələrinin baş tutmasına çalışırlar. Lakin ermənilərin bu manevrlərinin qarşısı dərhal alınır və onlar geri oturdulur.

Dünən gecə saatlarından etibarən, Ağdam rayonunun Çıraqlı, Xındırıstan və bir neçə kəndi, Ağcabədi rayonunun İmamqulubəyli kəndi  ermənilər tərəfindən artilleriya atəşinə tutulub”.

Cəbhəboyu bölgələrdə yaşayan mülki əhalinin vəziyyətinə də toxunan əməkdaşımız bildirib ki, cəbhədə döyüşlərin davam etməsinə baxmayaraq, həyat öz axarında davam edir:

“Əhali arasında motivasiya o dərəcədə yüksəkdir ki, heç kim geri çəkilmək barədə düşünmür. Hətta ermənilərin atəşi nəticəsində evləri dağılmış vətəndaşlar da narahatlıq keçirmirlər.

Digər tərəfdən, insanlarımız tərəfindən orduya dəstək yüksək səviyyədədir. Mülki əhali tərəfindən döyüşən ordu bölmələrinə çox sayda tibbi ləvazimatlar, isti geyimlər göndərilir. Bu dəstək əsgərlərimizin döyüş ruhunu daha da artırır”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

733
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100