Əsgər dünyasını dəyişdi
Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib.
Sentyabrın 23-də saat 13.20 radələrində Azərbaycan Silahlı Qüvvələrinin 1996-cı il təvəllüdlü, Yevlax rayonundan hərbi xidmətə çağırılmış əsgəri Sadıqov Pərviz Vidadi oğlu infeksion-toksiki şok, hemorragik vaskulit, visseral forma, ildırım sürətli gedişli diaqnozu ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına daxil olub.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və xəstə saat 15.35 radələrində vəfat edib.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.