!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsli Kazımova: “Ermənistanın bütün beynəlxalq təşkilatlarda təmsil olunmasına veto qoyulmalıdır”

!Reklam – Yazi

Yenicag.az VOİCEPRESS-un Azərbaycan Sosial Rifah Partiyasının Birinci müavini Əsli Kazımova ilə müsahibəsini təqdim edir:

-Əsli xanım, Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən sənəd qəbul etməsinin ardından Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ bölgəsini birləşdirəcək yeni magistral yolun tikintisinə başlayaraq, BMT-nin qəbul etdiyi qətnamələri iqnor etdiyi kimi, məkirli siyasət sərgiləməyə davam edərsə, bu Ermənistanın beynəlxalq təşkilatlarda təmsil olunmasını məhdudlaşdıra bilərmi?

-Hesab edirəm, beynəlxalq təşkilatların, o cümlədən, BMT-nin qəbul etdiyi qətnamələrə məhəl qoymayaraq, Avropa Parlamentinin beynəlxalq səviyyədə qəbul edilmiş qərarlarına qarşı hələ də Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi, beynəlxalq ictimaiyyətin Ermənistana qarşı sanksiyalar tətbiq etməsinin gərəkdiyini göstərir. Hesab edirəm, Avropa Parlamentinin Ermənistanı Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi ilə birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yaymaları, artıq beynəlxalq ictimaiyyətin Ermənistanı dalana dirəməsi deməkdir. İşğalçı prinsiplərə dayanan Ermənistanın bütün beynəlxalq təşkilatlarda təmsil olunmasına veto qoyulmalıdır. Çünkü Ermənistanın işğalçılıq siyasəti birmənalı olaraq regionda sülh və barışa nail olmaq adına böyük təhdiddir.

-Əsli xanım, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycan adına olduqca ədalətli maddələrin yer alması təəcüblü deyilmi sizcə?

-Niyə təəcüblü olsun? Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət beynəlxalq ictimaiyyəti ədalətsizliyə qarşı səssiz qalmamağa bir çağırış oldu. Düşünün, qətnamədə Avropa Birliyi Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyini zaman-zaman ortaya qoyub, ölkəmizin ərazi bütövlüyünü və suverenliyinə birmənalı dəstək ifadə edib. İkili standartlarla deyil, işğalçı Ermənistana qarşı daha sərt mövqe orataya qoyub. Bu böyük uğurdur və bu davam etdirilməlidir.

-Əsli xanım, bu günlərdə Ermənistanda Paşinyan rejminin adının siqaret qaçaqmalçılığında hallanması məsələsi gündəmdədir. Bu yöndə fikirlərinizi almaq istərdik.

-Nə deyə bilərəm? Ermənistan hakimiyyəti bu günə qədər cinayətkar dəstənin əlində idisə, deyəsən bu gün də qaçaqmalçıların əlindədir. Ermənistanda siqaret qaçaqmalçılığı hökumətə yaxın olan bir qrupun, konkret Paşinyanın qardaşı oğlu, qayını və Dövlət Gəlirləri Komitəsinin sədr müavini tərəfindən idarə edilir. Paşinyan şəxsi düşmənçilik zəminində sabiq Prezident Serj Sarqsyan və ətrafina siyasi və inzibati təzyiqləri gücləndirir. Paşinyanın atdığı bütün siyasi addımlar çürük addımlardır. Yəni içi boşdur və təsadüflərə hesablanmış bir siyasətdən ibarətdir. Əslində diqqət etsəniz özünüzdə görərsiniz ki, Paşinyanın özü də hakimiyyətə təsadüfən gələn biridir. Təsadüfən dövlət idarəsinin sükanını ələ keçirmək mümkün ola bilər, amma bu sükanı əldə saxlamaq və xalqı, ölkəni doğru yolda ziqzaq çəkərək deyil, düz şəkildə rifaha aparmağı hər kəs bacarmır. Bu gün Paşinyan ölkədə nəzarəti ələ aldığını iddia etsə də, əslində sözün əsil mənasında başını itirib. Ölkədə payıza doğru pandemiya daha geniş vüsət alarsa, ölkə iqtisadiyyatının kəskin şəkildə çöküşünü gözləmək mümkündür. Belə olan halda kütləvi etirazlar, acınaqcaqlı halda yaşayan Erməni icmasının artık susub oturmayacağını da söyləmək olar.

– Sizcə Ermənistan daxilindəki çəkişmələrdən Azərbaycan necə məhsuldar istifadə edə bilər?

– Azərbaycan Ermənistandakı mövcud vəziyyətdən maksimum şəkildə faydalanmağa çalışmalı və Ermənistandakı mövcud vəziyyəti erməni ictimai-siyasi rəyinə yönəlik şəkildə ortaya qoymağı bacarmalıdır. Bilirsiniz, Ermənistan müxalifətinə bir şəkildə Paşinyan rejminə qarşı onların etiraz etməyə demokratik haqlarının olduğunu aşılamaq lazımdır. Hesab edirəm, bu yöndə çalışmalarla Ermənistan ictimaiyyətini də işğalçı hakimiyyətdən imtina etməyə, işğal edilmiş torpaqlarda yaşamaq istəmədiklərini bəyan etməyə gətirib çıxaracaq. COVİD-19 pandemiyası ilə mübarizə proqramı ilə isə qeyri sabitliyin hökm sürdüyü Ermənistanda ümumiyyətlə sıfır nəticə almaq mümkündür. Buna görə də, Erməni ictimaiyyətini heç də parlaq gələcək gözləmir. Düşünürəm ki, Ermənistan hazırda həm daxili, həm xarici siyasi alanda əməlli başlı dalana dirənib. Bu vəziyyətdə Azərbaycan tərəfi işğalçı Ermənistana qarşı güclü layihələrlə öz həmlələrini həyata keçirməyə davam etməlidir. Ermənistan ictimaiyyətinin acınacaqlı sosial-iqtisadi vəziyyətini, hökumətin etirazçılara inzibati mexanizmlərdən istifadə edərək təzyiq etməsini, ölkədə demokratik dəyərlərin və insan haqlarının pozulması kimi faktları Avropanın demokratik institutlarında və beynəlxalq təşkilatlarda gündəmə gətirməyə müvəffəq olmalıyıq.

www.yenicag.az

754
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv