Əsmərsoy Başar Savurla yollarını ayırıb
Ailə həyatı quracaqları iddia edilən aparıcı Burcu Əsmərsoyla iş adamı Başar Savur yollarını ayırıb.Cütlük bu xəbər haqda danışmaqdan imtina edib.
B.Savurun ailəsi ilə də tanış olan B.Əsmərsoyun sentyabrda verdiyi müsahibəsində yenidən evlənməyi düşünüb-düşünmədiyi haqda suala cavabı belə olmuşdu:”Evlənmək haqda danışmamaq qərarı almışam. Bundan əvvəl çox danışdım, amma alınmadı. Münasibətlərimin hamısı ciddi olub. Ailə həyatı qurmaq üçün hörmət və sevgi davam etməlidir. Bunu görməyəndə evlənməyin lazım olmadığını düşünürəm”.
(olaylar.az)