Estetik əməliyyat Mənzurənin üzünü DƏYİŞDİ – FOTOLAR
Müğənni Mənzurə Musayeva üz nahiyəsində etdirdiyi uğursuz estetik əməliyyatdan danışıb.
Yenicag.az xəbər verir ki, Musayeva həkim səhlənkarlığı nəticəsində simasında problemlər yarandığını etiraf edib. Müğənni “Xəzər axşamı” verilişində bildirib ki, əməliyyatdan sonra üzünün bir tərəfi dartılır, digər tərəfi isə yoxdur, halbuki əvvəllər üzündə nə qırış, nə də sallanma müşahidə olunurdu:
“Üzümün bir tərəfi dartılır, digər tərəfi isə yox. Əslində, mənim üzümdə nə qırış olub, nə də sallanma. Üzüm bu hala əməliyyatdan sonra düşdü. Heç həkimə də yenidən müraciət etmədim. Gedib nə edim, həkimə nə deyim? Əslində, o mənə dedi ki, gəl yenidən əməliyyat edib fəsadı aradan qaldıraq. Amma getmədim, çünki yenidən narkoz almaqdan qorxuram.”
Nehru












