!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Etimadın SIFIR SƏVİYYƏSİ: “Paşinyan özü-özünü təkzib etməyə davam edir”

!Reklam – Yazi

“Ermənistan hökumətinin verdiyi bəyanatlara əməl etməməsi təəssüf hissi doğurur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Millət vəkili son günlər Ermənistan hakimiyyətinin sülh müqaviləsi ərəfəsində müharibəyə yönəlik mesajlarını şərh edib.

E. Nəsirov hesab edir ki, Nikol Paşinyan özü-özünü təkzib etməyə davam edir:

“Ermənistanın Baş naziri Nikol Paşinyan yenə öz köhnə ampluasındadır. O, özü-özünü təkzib edən bəyanatlar verməkdə davam edir. O və komandası bəyan edir ki, Azərbaycanla sülh müqaviləsinin 17 bəndindən 2-si üzrə razılaşma yox idi, artıq həmin bəndlər üzrə də razılaşma var. Belə çıxır ki, bütün məsələlər artıq tənzimlənib, artıq heç bir anlaşılmazlıq yoxdur və eyni zamanda, Ermənistan dövləti referendum keçirib konstitusiyasına dəyişikliklər edəcək. Dəyişikliyə əsasən, Azərbaycana qarşı heç bir ərazi iddiaları olmayacaq. Eləcə də Ermənistan-Azərbaycan sərhədində olan Avropanın mülki missiyasının da fəaliyyəti sülh müqaviləsi imzalandıqdan sonra dayandırılacaq. Belə bir missiya artıq olmayacaq”.

Deputat diqqətə çatdırıb ki, bunlar hələ də Azərbaycanın tələbləri olaraq qalmaqdadır:

“Bunlar təbii ki, Azərbaycanın tələbləridir. Ermənistan da bu tələblərə loyal münasibət bəsləyir. Bunlar məsələnin yaxşı tərəfidir amma bizi düşündürən əməldir. Azərbaycan Prezidenti cənab İlham Əliyev XII Qlobal Bakı Forumundakı çıxışında da vurğuladı ki, Ermənistan tərəfinə olan etimad 0 səviyyəsindədir və onlar heç bir real addım atmırlar. Səsləndirdikləri fikirlər və mövqelər nə qədər müsbət qarşılansa da, bütün bu fikirlər real həyatda öz təsdiqini tapmır. Bu xoşagəlməz haldır və təəssüf hissi doğurur”.

Yenicag.az

www.yenicag.az

179
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv