Keniya prezidenti Uilyam Ruto vergilərin artırılması ilə bağlı etirazlar fonunda hökuməti istefaya göndərib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident yerli Citizen telekanalı vasitəsilə çıxışında deyib.
Rutonun sözlərinə görə, qərar Nazirlər Kabinetinin işini, eləcə də vergitutma sisteminin yenidən təşkili imkanlarını təhlil etdikdən sonra qəbul edilib.
“Bu gün konstitusiya ilə mənə verilən səlahiyyətlərə uyğun olaraq, Xarici İşlər Kabinetinin üzvləri və Keniyanın vitse-prezidenti ofisinin üzvləri istisna olmaqla, Nazirlər Kabinetinin bütün üzvlərini istefaya göndərmək qərarına gəldim”, – deyə o qeyd edib./unikal
www.yenicag.az