ETSN rus dilində məlumat paylaşdı, yüzlərlə insan etiraz etdi - FOTO

media-hightechnic-468x90

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” hesabında rus dilində paylaşım edilməsi sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb.

Yenicag.az xəbər verir ki, ETSN-in rəsmi hesabında Kəlbəcərdə baş verən tornado hadisəsi haqqında rus dilində məlumat paylaşılıb.

Buna etiraz olaraq yüzlərlə istifadəçi nazirliyi dövlət dilinə hörmət etməyə çağırıb və paylaşımı silməyə səsləyib.

ETSN səhifəsinin admini isə istifadəçilərə cavab olaraq məlumatın əvvəlcə Azərbaycan, daha sonra rus dilində paylaşıldığını bildirib.

İstifadəçilər paylaşımın silinməsində israr etsələr də, artıq 4 saatdır ETSN-in səhifəsindədir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600