Ev almaq istəyənlərin nəzərinə: MTK-ların toruna düşməmək üçün nə etmək lazımdır?

media-hightechnic-468x90

Bəzi yeni tikilən binaların faktiki sahəsi ilə çıxarışda qeyd edilən ölçüsü fərqlənir. Yəni müqavilə əsasında satılan bəzi mənzillərin köməkçi sahəsi qeyd edilmir.

Bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev məlumat verib.

Ekspert qeyd edib ki, vətəndaşlar yeni tikili binalardan mənzil alarkən onlara ilkin müqavilə olan hissə göstərilir:

“Bəzi yeni tikili binalarda mənzillər müqaviləli yolla satıldıqda verilən çıxarışda ümumi sahə daha az göstərilir. Mənzillərə çıxarış verilərkən onun iç və çöl divarları, məhəccər hissələri nəzərə alınmadan hesablandığına görə 10-15 kvadratmetrə qədər fərq ola bilir”.

Hüquqşünas Hikmət Əliyev isə bildirib ki, sözügedən məsələ ilə bağlı hüquqları pozulmuş şəxslər fərqin (az verilmiş sahənin) dəyərinin pul şəklində tələb edilməsi barədə məhkəmədə iddia qaldıra bilərlər.

Daha ətraflı Baku TV-nin süjetində:

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600