“Evdə tək”in ulduzu öldü?
ABŞ mediası “Evdə tək” filmlərinin qəhrəman, 34 yaşlı aktyor Makoley Kalkinin vəfat etdiyini bildiriblər. Aktyorun ölümü ilə bağlı rəsmi məlumat hələ yoxdur.
Ölüm xəbərini MSNBC.website.com yayıb.
Xəbərə görə, aktyorun qohumlarının müraciətindən sonra Makoley Kalkinin mənzilinə “profilaktiki nəzarət” məqsədilə yollanan polislər ev sahibinin öldüyünü görüblər.
Manhetten polisinin nümayəndəsi Ceyms Pattersonun dediyinə görə, Makoley Kalkinin qətlə vetirilməsi versiyası nəzərdən keçirilmir.
“Evdə tək” filmlərindəki baş rolundan sonra ulduza çevrilən Makoley Kalkin böyüyəndən karyerası uğurlu olmayıb. Son 20 ildə o, cəmi 4 filmə çəkilib.