Evə basqın edərək ər-arvadı öldürməkdə şübhəli bilinən şəxslər saxlanıldılar

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, iyunun 24-də Şabran rayonunda fərdi yaşayış evlərindən birində Hüseynova Gülnarə Şıxkərəm qızının kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı  Hüseynov Arif Qaspar oğlunun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

media-banner_tkm

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Fərzəliyev Elçin və əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Murad Məmmədov saxlanılıb.

Qeyd edək ki, Arif Qaspar oğlu Hüseynov da xəstəxanada ölüb.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05