Əvəz Zeynallının ev dustaqlığı barədə vəsatəti təmin edilmədi - YENİLƏNDİ

media-hightechnic-468x90

Binəqədi rayon məhkəməsində “Xural” internet televiziyasının rəhbəri, hazırda həbsdə olan Əvəz Zeynallı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Trend-in məlumatına görə, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, vəsatət təmin edilməyib.

Qeyd edək ki, tanınmış jurnalist Aygün Muradxanlı Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı məlumat yaymışdı.

***

16:32

Binəqədi Rayon Məhkəməsində tanınmış jurnalist Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Yenicag.az xəbər verir ki, jurnalistin vəsatəti təmin eidlib və o, ev dustaqlığına buraxılıb.

Bu barədə məlumatı tanınmış jurnalist Aygün Muradxanlı yayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa