Evində psixotrop maddə gizlədən keçmiş məhkum saxlanıldı - FOTOLAR

media-hightechnic-468x90

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evində narkotik vasitə və psixotrop maddə gizlədən, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Nişad Musayev saxlanılıb.

media-banner_tuq

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, onun şəhər ərazisindəki yaşadığı ünvana baxış keçirilərkən oradan satış məqsədilə saxladığı heroin, tiryək, qurudulmuş marixuana və metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Nişad Musayev barəsində həbs qətimkan tədbiri seçilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05