!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əvvəllər məhkum olunmuş şəxs narkotiklə yaxalandı

!Reklam – Yazi

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, şəhər sakini, əvvəllər məhkum olunmuş Səxavət Hüseynov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı 3 qramdan artıq narkotik maddə olan heroin aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq S.Hüseynovun yaşadığı evə keçirilən baxış zaman isə təmiz çəki 1 kiloqram 830 qram olan heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı şəhər sakini, əvvəllər narkotiklərə görə həbs olunmuş Musa Musayev də saxlanılıb. Onun üzərində isə 480 qram marixuana aşkarlanıb.

Faktlarla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv