Əxlaqsızlıq yuvası aşkarlandı - Saxlanılanlar var

media-hightechnic-468x90

Göygöl Rayon Polis Şöbəsinə rayonun Yeni Zod kənd sakini M. Əliyevin rayon ərazisindəki kafelərin birində əxlaqsızlıq yuvası təşkil etməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun Baş inspektoru polis kapitanı Eşqin Qasımov Yenicag.az-a bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində M. Əliyev, eləcə də həmin kafedə işləyən 1 qadın və 1 müştəri saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243 (Fahişəliyə cəlb etmə) və 244 (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600