Eyni ev, eyni şəbəkə, amma fərqli sürət: Niyə noutbuk internetə qoşulmur?

media-hightechnic-468x90

Son zamanlar bir çox istifadəçi eyni şəbəkə daxilində telefonların problemsiz işlədiyi halda, kompüterlərin internetə qoşulmaqda çətinlik çəkməsindən şikayətlənir.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən İT ekspert Elvin Abbasov bildirib ki, bu fərqin əsas səbəbi istifadə olunan Wi-Fi tezlikləri və cihazların texniki imkanlarıdır.

media-elvin-abbasov-1

Ekspertin sözlərinə görə, bu problem çox vaxt tezlik toqquşmaları və avadanlıq fərqliliyi ilə bağlıdır:

“Müasir smartfonlar həm 2.4 GHz, həm də daha sürətli olan 5 GHz (Wi-Fi 5/6) tezliklərini dəstəkləyir. Lakin köhnə və ya orta seqment noutbuklar əksər hallarda yalnız 2.4 GHz tezliyində çalışır. Bu tezlik diapazonu isə çox yüklənmiş olur; qonşuların Wi-Fi siqnalları, Bluetooth cihazları və hətta mikrodalğalı sobalar tərəfindən ciddi şəkildə maneəyə uğrayır (interferensiya). Nəticədə, kompüterin şəbəkə kartı məlumat paketlərini qəbul edərkən itkiyə yol verir, bu da sürətin kəskin düşməsinə və ya bağlantının tamamilə kəsilməsinə səbəb olur.”

E.Abbasov qeyd edib ki, bu problemi həll etmək üçün istifadəçilər bir neçə sadə, lakin effektiv addım ata bilərlər:

İlk növbədə, kompüterin şəbəkə drayverlərinin (network drivers) güncəl olduğundan əmin olmaq vacibdir. Daha sonra, router tənzimləmələrinə daxil olaraq Wi-Fi kanalını (Channel) “Auto” rejimindən çıxarıb, daha az yüklənmiş sabit bir kanala keçirmək tövsiyə olunur. Əgər noutbukun daxili Wi-Fi kartı köhnədirsə, ən effektiv çıxış yolu müasir standartları dəstəkləyən xarici bir USB Wi-Fi adapteri əldə etməkdir.

Ekspert sonda əlavə edib ki, ən stabil bağlantı üçün imkan daxilində noutbuku routerə Ethernet kabeli ilə birbaşa qoşmaq lazımdır. Bu üsul simsiz bağlantıda yaranan bütün fiziki və texniki maneələri aradan qaldıraraq, internetin real sürətini heç bir itki olmadan kompüterdə əldə etməyə imkan verir.

Sona Əliyeva

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa