Eyyubovun şirkəti deputatın kürəkəninə verildi

media-hightechnic-468x90

Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı ASC-nin yeni baş direktoru və qanuni təmsilçisi Samir Qibləliyev vəzifəli şəxsin yaxın qohumudur.

Yenicag.az Yeni Sabah-a istinadla xəbər verir ki, o, Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Eldar İbrahimovun kürəkənidir.

Samir Qibləliyev son təyinatadək Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertiza İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı ASC-nin baş direktoru vəzifəsində Rəşad Daşdəmirov işləyib. Şirkətin faktiki rəhbəri isə Ruslan Eyyubov olub. Onların hər ikisi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. R.Daşdəmirov və R.Eyyubov qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərində ittiham olunurlar və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Ruslan Eyyubov Prezident Katibliyinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa