Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Facebook" vergidən yayınıb? - Növbəti məhkəmə İDDİASI

ABŞ-ın vergi idarəsi (IRS) San Fransiskoda Facebook şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.
Yenicag.az Reutersə istinadən xəbər verir ki, IRS Facebook şirkətini 9 milyard dollar dəyərində olan verginin ödənilməməsində günahlandırır.
IRS qeyd edib ki, “Facebook” İrlandiyadakı digər şirkətinə 6.5 milyard dollar qiymətində satmış olduğu intellektual mülkiyyətin qiymətini aşağı salıb.
Bu səbəbdən “Facebook” İrlandiyada 12.5% göstərici ilə korporativ vergi ödəyib. Lakin ABŞ-da şirkət 35% göstərici ilə vergi ödəməli olacaqdı. IRS-in fikrincə bu üsul ilə “Facebook” şirkəti vergi ödənişindən yayınıb. Şirkət isə öz növbəsində qeyd edib ki, intellektual mülkiyyətin aşağı qiymətləndirilməsi öz növbəsində IPO öncəsi beynəlxalq genişlənməni əhatə edə biləcək risklər ilə bağlıdır.
Sosial şəbəkənin verdiyi məlumata əsasən 2010-cu ildə şirkətin mobil reklamlardan gəlirləri yox idi, beynəlxalq biznes təzə-təzə yaranırdı və rəqəmsal reklam məhsulları yoxlanışdan keçməmişdi. Əgər San Fransisko məhkəməsi IRS-in iddiasını təsdiqləsə, “Facebook” şirkəti 9 milyard dollar, cərimə və faizlər ödəməli olacaq.

www.yenicag.az

340
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100