!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Facebook”dan inanılmaz yenilik

!Reklam – Yazi

ILLUSTRATION - A woman makes the 'thumbs down' sign with her fist and thumb in front of an enlarged 'Like' symbol of the social netweorking site Facebook in Schwerin, Germany, 04 April 2013 (STAGED PICTURE). The social network counts more than 25 million users in Germany alone, but it keeps losing more and more especially young users to other online services. Photo: Jens Buettner

Facebook sosial şəbəkə istifadəçilərini daha bir yeniliklə sevindirəcək. Bu barədə Facebookun yaradıcısı Mark Zukerberq bildirib. Onun sözlərinə görə, yeni “dislike” (bəyəmirəm) düyməsinin hazırlanması üçün işlər gedir.

Bir müddət əvvəl isə Facebook rəhbərliyi bu düymənin yaradılmasından imtina edirdilər. Çünki 1.5 milyard iştifadəçi pozitiv emosiyalarla şəbəkəyə bağlı idilər.Sosial şəbəkə istifadəçiləri dəfələrlə şirkətə müraciət edərək “dislike” düyməsinin yaradılmasını xahiş etmişdilər. Şirkət rəhəbərliyi çoxsaylı xahişləri nəzərə alaraq Facebookda bu düyməni işə salmağa qərar veriblər.

Zukenberq bu düymənin yaradılmasını digər bir səbəbinin son dövrlərin ən böyük problemlərindən biri olan miqrantlarla bağlayıb. Kimsə qaçqınların vəziyyətinə etiraz edir və ya onların vəziyyətinə acıyırsa, o zaman bu düymədən istifadə edə biləcək.

İstifadəçilər “like” düyməsi ilə xoş münasibətlərini bildirə bilirdisə yeni yaradılacaq “dislike” düyməsi vasitəsi ilə etiraz hissini bildirə biləcək.

Amma düymə hələlik kütləvi şəkildə istifadə edilməyəcək. Bir müddət sınaq layihə kimi nəzərdən keçirildikdən sonra tamamilə istifadəçilərin öhdəsinə buraxılacaq.

1 milyardan çox istifadəçisi olan sosial şəbəkə 2004-cü ilin fevral ayında Harvard Universitetinin tələbəsi Mark Zukerberq tərəfindən yaradılıb. Yeni sayt Harvard Universiteti tələbələrinin görüş yeri kimi hazırlanmışdı. Bununla yanaşı, aktiv iştirakçıların sayı 66 milyonu aşmışdı və illik satışlar təxminən 150 milyon dollar olurdu.

2 oktyabr 2009-cu il tarixindən etibarən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. Hazırda Azərbaycanda istifadəçilərinin sayı 1 milyondan çoxdur(faktxəbər).

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv