“Facebook”un canlı yayımında əlil gəncə belə işgəncə verildi – Foto

facebook-canli-yayininda-iskence-8304064ABŞ-da əlil gəncə edilən işgəncə “Facebook”da canlı yayımlanıb.

Yenicag.az xəbər verir ki, 30 dəqiqəlik videoda 4 nəfər qaradərili şəxs ağdərili gəncin paltarlarını kəsir, tualetdən su içməyə məcbur edir, saçını bıçaqla kəsirlər.

Onlar həmçinin ABŞ-ın 45-ci prezidenti Donald Trampı və ağdərili insanları təhqir edirlər.

Həmin şəxslər polis tərəfindən saxlanılıb, əlil gənc isə xəstəxanaya yerləşdirilib.

 

Yenicag.az