!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Faiq Hüseynov: “İntellekt evi” gənclərin bütün təşəbbüslərini dəstəkləyir

!Reklam – Yazi

faqq

““İntellekt evi” – Azərbaycan Prezidenti yanında Gənclər Fondunun və Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə layihəsi əsasında 2014-cü ilin payızında yaradılıb.

Mövcud olduğu 2 illik vaxt ərzində minlərlə gənci ətrafında birləşdirən “İntellekt evi”nin әsas vəzifəsi intellektual hәrәkata yardım etmәk, intellektual oyunların keçirilmәsi üçün uyğun şәraitin, intellektual hәrәkat iştirakçıları arasında mehriban mühitin və әmәkdaşlıq abu-havasının yaradılmasıdır”.

Bu barədə Oxu.Az-a açıqlamasında “Xəmsə Milli İntellektual Oyun”unun layihə koordinatoru Faiq Hüseynov deyib.

“Burada müxtəlif tarixlərdə kino və musiqi mövzularında fərdi oyunlar, yeniyetmələrin və gənclərin iştirakı ilə Xəmsə Milli İntellektual oyunu üzrə yarışlar, Nə? Harada? Nə zaman? formatlı məşqlər və korporativ turnirlər eləcə də “Monopoliya” oyunu üzrə I Azərbaycan çempionatı və xeyli sayda digər tədbirlər keçirilib.

“İntellekt evi” yeni formatlı oyun növlərinin (rekvizitli fərdi oyunlar, musiqili tandemlər) yaranmasında, gənclər tərəfindən irəli sürülən və onların fərdi eləcə də karyera yüksəlişini şərtləndirən layihələrin həyata keçirilmə məkanı kimi tanınır.

Bu layihələrin həyata keçirilməsi gənclərin təcrübə qazanması, özünü sübutu, iş və fəalliyyət qabiliyyətlərinin önə çıxmasına şərait yaradır. Layihələrin həyata keçirilməsi, məkanın təqdim edilməsi tamamilə rahat və əlavə prosedur tələb etmir. Gənclər tərəfindən irəli sürülən təşəbbüslər, oyunlar, müxtəlif yarışlar və tədbirlərin keçirilməsi ideyaları “İntellekt evi” tərəfindən daima yüksək qiymətləndirilir və dəstəklənir.

“İntellekt evi”- intellektual klub deyil. İntellektual oyunlarla әlaqәdar klubların meydançasıdır. O öz fәaliyyәti ilə klubları әvәz etmәyә çalışmır. İntellektual klubların oyunlarının keçirilməsi və komandaların mütəmadi məşqlərinə, sinxron yarışların keçirilməsində tərəfdaş kimi çıxış edir”, – deyə F.Hüseynov bildirib.

Onun sözlərinə görə, “İntellekt evi”nin qapısı intellektual oyunların inkişafı, onların genişlәnmәsi üçün bu sahәdә әmәkdaşlığa hazır olan bütün klub vә insanlara açıqdır.

“Asudə vaxtlarınızı maraqlı keçirmək, mütaliə və dərslərinizlə məşğul olmaq eləcə də yeni tanışlıqlar əldə etmək və əhatənizi genişləndirmək üçün “evimizə” buyura bilərsiniz”, – deyə F.Hüseynov qeyd edib.

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv