FAKTİKİ HAVA: Leysan və qar yağır
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 10-u saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, Bakıda və Abşeron yarımadasında leysan xarakterli intensivdir.
Yenicag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
Bildirilib ki, Oğuz, İsmayıllı, Ağsu, Göyçay, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Şabran, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahdağda isə qar yağır.
Şərur, Ordubad, Sədərək, Daşkəsən, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qrız, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur.












