“Fal biznesi”nin QURBANLARI: Cadugərlərin “tor”undan necə QURTULAQ?

media-hightechnic-468x90

“Rəml atıram, fala baxıram”… – 66 il öncə çəkilən məşhur “Bir qalanın sirri” filmində aforizmə çevrilən bu ifadə təəssüflər olsun ki, indi də aktuallığını itirməyib. Hələ də “taleyini dəyişdirmək, bəxtini, yollarını təmizləmək, vəzifəyə yüksəlmək, sevgilisinə əlində saxlamaq, ali məktəbə qəbul olunmaq, dil-ağız bağlamaq” və s. məqsədi ilə qazancını falçılara, cadugərlərə “yedizdirənlər” var. Sosial şəbəkələrdə belə falçıların və müştərilərinin sayı günü-gündən artmaqdadır”.

Mövzunu Yenicag.az-a şərh edən psixoloq Ülviyyə Murtuzovanın sözlərinə görə, caduya, fala inanmaq insanlarda psixoloji asılılıq yaradır və onların sərbəst qərarvermə qabiliyyətini zəiflədir:

“Təəssüflər olsun ki, tanımadığımız insana qarşı güvənmək, həyat gerçəkliyini qəbul etməmək üçün xoş sözlər eşitməyin acıyıq. Buna görə də bəzən çətinliklə üzləşəndə daha çox falçılara müraciət edirlər. Xüsusən xanımlar daha çox şəxsi münasibətlər zəminində falçı yanına gedir. Həmin dönəmdə xoş söz eşitməyin ehtiyacını duyurlar. “O mənə yaxşı söz dedisə, demək ki, yaxşı insandır, gələcəyi görür” düşüncəsi ilə ətrafındakı çətin durumda olan insanları da ora cəlb edir. O da xoş sözlər eşitdikcə, psixoloji rahatlıq tapır”.

“Falçılara müraciətin səbəbləri çoxdur: sosial münasibətlər, ailə fərdləri, dostlar, daha çox sevgililərlə münasibət, gərginliklər, problemlər, ailə məsələləri, empatiya qurmaq səbəbləri çoxdur. Amma hamısı falçılardan eyni şablon fikirləri eşidirlər – “Həyatda çox əziyyət çəkmisən” və s. Təbii ki, əziyyət çəkməyən, problemsiz, şəxsi münasibətlərdə gərginliklər yaşayan insan yoxdur. Eşitdiyi şablon sözlər insanda falçı yanına getmək üçün artıq bir asılılıq yaradır. Onun zəif iradəsindən istifadə edən falçı “təyin etdiyim vaxtlarda yanıma gəlməsən, bütün problemlərini təmizləyə bilməyəcəyəm” deyə qarşı tərəfi özündən asılı vəziyyətə salır”.

Psixoloq bu asılılıqdan xilas yolunu həmin insanların mütəxəssisə müraciət etməsində görür:

“Ümumiyyətlə, falçıların “təmizləmə” anlayışının təməlində nə dayanır? Bu, əslində, insanların ehtiyac duyğusu boşluğundan yaranmış bir tələbatdır. Burada məqsəd onların düşdüyü vəziyyət və situasiyalardan, zəif nöqtələrindən sui-istifadə edərək özlərinə cəlb etməkdir”.

“İnsanın gələcəyini təmizləyərək yol açmaq” deyə bir anlayış yoxdur. Bu, dünyanı, yaradılışı inkar etmək, Allaha şərik qoşmaq deməkdir. Bu, sadəcə bir təsəllidir. Eşitmək istədiyi xoş sözü eşidir və rahatlayır. Həmin anda insana imkan verməyin ki, elə fırıldaqçıların yanına getsin. Ola bilər ki, onun iradəsi zəifdir, onu anlamaq olar, amma ətrafındakı insanlar həmin anda onlara mane olmalıdırlar. Ondansa bir mütəxəssislə paylaşmalı, içində olan ağır yükü  ona danışaraq  rahatlamalrı daha sağlam və daha doğru addım olar”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa