“Fars körfəzində gərginlik davam etdikcə, neftdə dalğalanma qaçılmazdır” - Azər Badamov

media-hightechnic-468x90

“Nə qədər ki, Fars körfəzi regionunda gərginlik davam edəcək, qlobal neft bazarında qiymət dalğalanmaları da qaçılmaz olacaq”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Yaxın Şərqdə baş verən hadisələrin dünya iqtisadiyyatına təsirini şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, enerji bazarlarındakı kəskin dəyişikliklər ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra baş verib:

“Müharibədən əvvəl qlobal bazarlarda qiymətlər nisbətən sabit idi və neft 65 dollar civarında ticarət olunurdu. Lakin müharibənin başlanması və Hörmüz boğazında gərginliyin artması vəziyyəti dəyişdi. Hörmüz boğazı beynəlxalq ticarətin əsas arteriyasıdır, dünya üzrə daşınan enerji resurslarının təxminən 20–25 faizi məhz bu marşrutla nəql olunur. Bu boğaz körfəz ölkələri üçün həm də ərzaq və digər zəruri malların idxalı üçün mühüm tranzit istiqamətidir”.

A.Badamov qeyd edib ki, vəziyyətin gərginləşməsi qiymətlərdə rekord artıma səbəb olub:

“İsrailin İranın 30-dan çox enerji obyektini bombalaması nəticəsində vəziyyət daha da gərginləşdi və İran bir müddət Hörmüz boğazından daşınmaları dayandırdı. Nəticədə cəmi bir gün ərzində neftin qiyməti 20 faizdən çox artaraq təxminən 120 dollara qədər yüksəldi”.

Deputat “Böyük Yeddilik” (G7) ölkələrinin müdaxiləsinə və ABŞ-nin mövqeyinə də toxunub:

“G7 ölkələri bazarlardakı gərginliyi azaltmaq üçün ehtiyat neft resurslarının təxminən 1 milyard bareldən artıq həcmdə bazara çıxarılması barədə qərar qəbul etdilər. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın İranın enerji emalı obyektlərinə hücumların dayandırılması ilə bağlı mövqeyi və körfəzdə daşınmalara nəzarəti ABŞ-nin həyata keçirəcəyinə dair açıqlamaları bazara müsbət təsir göstərdi. ABŞ-nin əsas hədəfi İranın neft sektoru deyil, nüvə proqramı və hərbi obyektlərdir. Bütün bunların fonunda beynəlxalq bazarlarda 120 dollara yaxınlaşan qiymətlər yenidən enərək 90 dollar səviyyəsinə düşdü. Yəni qısa müddətdə qiymətlərdə 27 faizə qədər azalma müşahidə olundu”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05