!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Fars-molla rejimi Qarabağın azad olunmasını özünün məğlubiyyəti kimi dəyərləndirdiyi üçün..." - REAKSİYA

!Reklam – Yazi

“Bu o anlama gəlir ki, Azərbaycanda hüseynçi, fatiməçi, zəhraçı kimi müqəddəs adlar altında gizlənən İran uşaqlarını elə təşkilatlandırmaq istəyirlər ki, burada Xomeyni ideologiyası qalib gəlsin və Azərbaycan İrana bağlansın”.

Bu fikirləri başda Əbülfəzl Zöhrəvənd olmaqla, İran diplomatlarının Azərbaycana qarşı irəli sürdükləri ərazi iddialarına və hədsiz açıqlamalarına münasibət bildirən Turan Partiyasının başqanı Cahandar Bayoğlu Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədri bildirib ki, Zöhrəvənd Xameneyinin dili ilə danışır:

“İran adlı cəhənnəmdə başdan-başa bir Azərbaycan var və orada 60 milyon türk yaşayır. Fars şovinizminin caynaqları altında əzilən bu Azərbaycanda fars faşizminin mahiyyəti, siyasi quruluşu bizim üçün qaranlıq olaraq qalır. Ona görə də fars faşizminin strukturlaşmasını diqqətlə öyrənməliyik. Bu strukturlaşmada 3 qüvvə var. Onlardan biri xarici qüvvələrlə bağlılığı olmayan zəif qruplaşmadır. Digər iki güclü qüvvədən biri Fransa və Moskvanın diktəsilə iş görən birləşmədir. Digəri isə dövlətin ayrı-ayrı qurumlarına sızmış London mərkəzli güc qruplaşmasıdır. Bu ikisi bizə qarşı yönəlmiş güc mərkəzləridir.

Adıçəkilən Əbülfəzl Zöhrəvənd sıradan biri deyil. O, Xameneyinin təhlükəsizlik məsələləri üzrə müşavirlərindən biridir. Xomeyninin yanında böyüyən adamlardandır. Azərbaycanı gözəl tanıyır, eyni zamanda, fars faşizmi uğrunda mübarizə aparır. Bu gün danışırsa, Xameneyinin dili ilə danışır, onun sözçülüyünü edir.

O, məlum açıqlamasında Qarabağı türklərin azad etdiyini deməklə Türkiyəni nəzərdə tutur. Bizə isə “azəri” deyir, iranlı adlandırır, fars mənşəli olduğumuzu bildirir. Qarabağın azad olunmasını özlərinin məğlubiyyəti kimi dəyərləndirir, əzəli torpaqlarımızın Ermənistana birləşdirilməli olduğu kimi sərsəm fikir irəli sürür. Bu o anlama gəlir ki, Azərbaycanda hüseynçi, fatiməçi, zəhraçı kimi müqəddəs adlar altında gizlənən İran uşaqlarını elə təşkilatlandırmaq istəyirlər ki, burada Xomeyni ideologiyası qalib gəlsin və Azərbaycan İrana bağlansın. Bu onların bundan sonra aparacaqları siyasətin əsas motivi olacaq”.

Aqil Bəkir

www.yenicag.az

540
Ads
www.veteninfo.com
!Reklam – Arxiv