Farş niyə ucuz satılır: Keyfiyyət, yoxsa hiylə? - VİDEO
“Ətin satıla bilməyən hissələrinin qiymə (farş) halına salınması onun daha ucuz olmasına gətirib çıxarır.”
Bunu Yenicag.az-a açıqlamasında Qida Təhlükəsizliyi üzrə ekspert Məhsəti Hüseynova deyib.

Ekspert bildirib ki, normalda sümüksüz ət sümüklü ətdən daha baha olmalıdır. Lakin bəzi mağazalarda sümüksüz ətin farş halında daha ucuz olduğunu görürük.
“Farşın daha ucuz olması onun tərkibində ətin lazımsız hissələrinin, yağ və qığırdaq parçalarının istifadə olunması ilə bağlıdır. Bu maddələr farşın miqdarını artırır və nəticədə məhsul daha ucuz başa gəlir. Lakin belə farşın qəbulu həzm sistemi və mədə problemi olan insanlar üçün ciddi fəsadlar yarada bilər,” – deyə o qeyd edib.
Ətraflı videomaterialda:
Samir Məcid












