Fatiməni xəstəlikdən xilas edən HEYVAN: “Bu yolla sağaldım”

media-hightechnic-468x90

“Dərman içmədən ‘zəhərli zob’dan xilas oldum”.

Yenicag.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva “Gün ortası” verilişində deyib.

Sənətçi zəhərli zobdan qurbağa vasitəsilə xilas olduğunu bildirərək, hər kəsi təəccübləndirib:

“İşimlə əlaqədar əsəb keçirirdim, uşaqlarla məşq prosesində istədiyim nəticəni almaq üçün çox çalışırdım. Aldığım stresslərin nəticəsində xəstələndim. Özümə söz verdim ki, dərman içməyəcəyəm. Allah elə etdi ki, qarşıma bir insan çıxdı və mənim müalicəmlə məşğul oldu.

Məni qurbağa ilə müalicə etdi. Beş qurbağa mənim boynumda öldü. Artıq 7-8 ildir ki, o xəstəlikdən uzağam. Qurbağa sayəsində dərman qəbul etmədən zəhərli zobdan xilas oldum. Analizlər verirəm, qanım tərtəmiz çıxır”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa