Fazil Mustafa yoxsulluqdan danışdı: Deputat həmkarı onun fikirlərini şərh etməkdən BOYUN QAÇIRDI
Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələri davam etdirilib.
Yenicag.az xəbər verir ki, müzakirə zamanı deputat Fazil Mustafa sosial xərclər mövzusuna toxunaraq bildirib ki, ayrılan vəsaitlər elə dəqiq və səmərəli şəkildə istifadə olunmalıdır ki, ölkədə yoxsulluq səviyyəsinin dərinləşməsinə şərait yaranmasın.
Onun sözlərinə görə, xüsusilə ərzaq məhsullarının qiymətlərindəki artım ciddi sosial problemlər yaratmaqdadır.
Yenicag.az məsələyə münasibət öyrənmək üçün Milli Məclisin digər deputatı Aqil Abbasla əlaqə saxlayıb.
Aqil Abbas deputat həmkaırnın fikirlərinə münasibət bildirməkdən boyun qaçırıb. Onun sualımıza cavabı qısa və konkret olub:
“Cavab vermək istəmirəm”.












