Fazil Mustafadan Emin Mahmudovun jestinə REAKSİYA: “Milli komandada oynayan bunu təqlid etməməlidir” – VİDEO

media-hightechnic-468x90

“Milli komanda milli jestlər üzərindən davranış sərgiləsə, daha xoşa gələn olar”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) Fazil Mustafa deyib.

media-fazilmustafa1

O, DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan 1:1 Ukrayna matçında millinin kapitanı Emin Mahmudovun penaltidən qol vurandan sonra “Qədir-Xum” işarəsini göstərməsinə münasibət bildirib.

Deputat bildirib ki, milli komandada oynayan şəxs hansısa qonşu ölkələrdə ideoloji simgəyə çevrilən müəyyən davranışları təqlid etməməlidir.

“Əslində, bu hərəkətə ona görə soyuqqanlı yanaşırıq ki, 10 ildə bir dəfə qol vururlarsa, biz də sevinirik. Hansı işarəni göstərdikləri ona görə əhəmiyyətli deyil. Lakin öz dövlətinin milli dəyərlərini ifadə edən davranış ortaya qoymalıdır. AFFA tərəfindən mənəvi irad və ittiham bildirilməlidir”, – deyə o bildirib.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa