“Fənərbağça” doğma meydanda qələbə qazandı

media-hightechnic-468x90

Türkiyə Superliqasında XVIII turun növbəti oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, çempionluq mübarizəsi aparan “Fənərbağça” doğma meydanda “Hatayspor”la qarşılaşıb. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İstanbul təmsilçisinin heyətində hər iki qolu Yusuf En-Nesiri vurub. Qonaqlarda isə Bilal Boutobba fərqlənib.

Bu nəticədən sonra xallarını 39-a çatdıran “Fənərbağça” 2-ci pillədə qərarlaşıb. Hatay klubu isə 9 xalla 18-ci yerdədir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa