Yenicag.az xəbər verir ki, iki gün davam edəcək iclasın açılış hissəsində UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriyela Ramos, daha sonra CIGEPS-in sədri Fərid Qayıbov çıxış ediblər.
İclas zamanı, Komitənin gündəliyində duran bir sıra önəmli məsələlərin, COVID-19 pandemiyasından sonra idman sahəsinin vəziyyəti, MINEPS-in VII konfransı çərçivəsində qəbul olunması nəzərdə tutulan Yekun Bəyannamə sənədinin müzakirəsi, eləcə də CIGEPS İşçi Qruplarının və CIGEPS-in Prosedur Qaydalarına yenidən baxılması məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur.
Komitə iclası çərçivəsində 2023-cü il martın 14-17-də Bakıda təşkili planlaşdırılan Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının keçirilməsi ilə bağlı UNESCO ilə ev sahibi müqaviləsinin imzalanması da nəzərdə tutulur.
www.yenicag.az