FETÖ terror şəbəkəsinə mənsub olan gənc qızın terrorçubaşı Fətullah Gülənə yazdığı məktub üzə çıxıb.
Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ/PDY işi çərçivəsində Ərzurumda keçirilmiş əməliyyat zamanı həbs olunan Nurullah D.-yə qarşı hazırlanmış ittihamnaməyə onun bacısının Fətullah Gülənə yazdığı maraqlı məktub da daxil edilib.
Nurəddin D.-nin bacıları 23 və 25 yaşlı Gelhan ilə Gönül D. “Hörmətli-dəyərli Əfəndim” deyə üz tutduqları FETÖ liderinə yazdıqları məktubda ərə getmələri üçün onlara kişi tapılmasını xahiş ediblər.
Qızların yazdığına görə, qardaşları onların ərə getmələrinə imkan vermir, gələn elçiləri geri qaytarır:
“Qardaşımız Nurullah bizim öz əqidəmizə uyğun şəxslərlə evlənməyimizi istəyir, ancaq onların arasında da bizə münasibi olan yoxdur”.
Bacılar məktubun yekununda ərə getmək üçün Güləndən yardım gözlədiklərini açıq şəkildə yazıblar:
“Mən və böyük bacım ərə getmək üçün – bu iş Sizin əlinizdədir – telefon zənginizi gözləyəcəyik. Elçinizi gözləyəcəyik, ya da Ərzuruma gəldiyinizdə bizim evə də baş çəkməyinizi arzulayacağıq. Sizin münasib bildiyiniz qardaşları qəbul edib, itaət göstərəcəyik”.
Yenicag.Az
www.yenicag.az