!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-nün Bakıdakı media şəbəkəsi TRT-nin gündəmində - Hikmət Babaoğlu və Aqil Ələsgər açıqladılar

!Reklam – Yazi

FETÖ-nun təhsil sahəsindən tutmuş media sektoruna qədər ciddi strukturlaşdığı ölkələr sırasında Azərbaycan xüsusi yer tutub.

Yenicag.az xəbər verir ki, Türkiyənin “TRT Haber” kanalı FETÖ terror şəbəkəsinin Azərbaycanda formalaşdırdığı media quruluşlarının sıradan çıxarılmasına dair xüsusi süjet hazırlayıb.

Videomaterialda FETÖ-nun Türkiyə xaricində ilk olaraq, Azərbaycanda fəaliyyət qurduğu vurğulanıb. Uzun illər ərzində öz pozuculuq missiyasını din və maarifçilik fəaliyyəti ilə pərdələməyə çalışan FETÖ-nun təbliğat işlərinin aparılması, eyni zamanda, ictimai rəyə təsir etmək üçün Azərbaycanda media şəbəkəsi də formalaşdırdığı qeyd olunub.

Mövzu ilə bağlı “TRT Haber”ə danışan “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər bildirib ki, Azərbaycanda özünə yer edən FETÖ-nun əsas məqsədlərindən biri “media ordusu”nun yaradılması olub:
“FETÖ Azərbaycanda öz maraqlarına xidmət edən media ordusu yaratmaq istəyirdi, bu istiqamətdə ciddi işlər görürdü. Məsələn, Azərbaycan mediasının Türkiyə ilə bağlı prosesləri məhz onların baxışlarına uyğun olaraq görməsi üçün müxtəlif vasitələrdən istifadə edirdilər”.

Süjetin davamında qeyd olunur ki, FETÖ-nun xain planlarının ifşa olunmasından sonra Azərbaycan hökuməti sözügedən şəbəkənin zərərsizləşdirilməsi üçün hərəkətə keçib. Bu çərçivədə FETÖ ilə əlaqədə şübhəli bilinən bir telekanal, “Zaman Azərbaycan” qəzeti və bu nəşrin elektron versiyasının yayımı dayandırılıb.

Süjetdə fikirlərinə yer verilən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu isə bunları deyib:
“Bu qlobal imperializm şəbəkəsi ona xidmət edən beynəlxalq terror şəbəkəsi formalaşdırmışdı. Azərbaycanda terrora və qlobal imperializmə xidmət edən media nümunələrinin hamısı bağlandı”.

Materialın növbəti hissəsində bildirilir ki, Azərbaycanda FETÖ-nun media strukturlarına ciddi zərbə vurulsa da, bu yöndə mübarizə davam etdirilir.
Aqil Ələsgər telekanala açıqlamasının davamında bu məsələyə toxunub:
“Onların sosial şəbəkələrdə Azərbaycanla Türkiyəni qarşı-qarşıya qoymaq üçün atdıqları addımları görürük. Həm Azərbaycan dövləti, həm də Azərbaycanın nüfuzlu media orqanları bu məsələyə çox diqqətlə yanaşırlar”.

COP29

www.yenicag.az

2008
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv