!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-nün çevrilişçi imamının yeni görüntüləri üzə çıxdı - VİDEO

!Reklam – Yazi

Fətullahçı Terror Təşkilatının (FETÖ) sözdə hərbi hava qüvvələrinin imamı, 15 iyul çevrilişinin kilid ismi Adil Öksüzün 2011-ci ildə ət xörəkləri yediyi zaman çəkilmiş görüntülər üzə çıxıb.

Yenicag.az xəbər verir ki, görüntülərin 2011-ci ildə, iyulun 23-də Vandakı zəlzələdən sonra çəkildiyi aşkarlanıb. Çəkilən videoda Adil Öksüzün fətullahçıların məhşur yeməyi olan “Maklubə” hazırladığı görünür. Daha sonra o, süfrə arxasında yaxınları ilə birlikdə söhbət edərək yemək yeyir.

Sosial şəbəkələrə ötürülən videoda Adil Öksüzün yanında oturan kişinin FETÖ-nün Rusiya imamı olduğu iddia edilən və eyni zamanda Öksüzün qaynı olan Ali Sami Yıldırım olduğu qeyd edilir.

A.Öksüz 15 iyul hadisələri zamanı çevrilişə cəhddə təşəbbüs göstərdiyi üçün Akıncı Üssündə saxlanılsa da, sonradan sərbəst buraxılmışdı. Amma daha sonra haqqında həbs qərarı çıxarılarkən o, qaçıb gizlənib və Almaniyaya qaçdığı ehtimal olunur. Gülənin ən yaxınındakı şəxslərdən olan Öksüzün sirrlər ortaya çıxmasın deyə, FETÖ tərəfindən öldürüldüyü də iddia olunub.

www.yenicag.az

3119
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv