Reklam: High Technic
hightechnic

FETÖ-nün “Zaman”ı belə dayandırıldı - Ancaq Üsküpdə - Foto

Makedoniya Cümhuriyyətinin paytaxtı Üsküp şəhərində FETÖ-nün təbliğat ruporu “Zaman”ın ofisi bağlanıb. 

Yenicag.az xəbər verir ki, Üsküpün mərkəzi küçələrinin birində yerləşən plazanın üzərindəki “Zaman” bilboardı sökülüb.  

Türk mediası gündəmə gətirdikdən sonra FETÖ Terror Təşkilatının Üsküpdəki təmsilçilərinin “Zaman”ı bağladıqları bildirilir. Bilboardın yerli rəhbərlik tərəfindən söküldüyü bildirilir. 

Onu da qeyd edək ki, FETÖ-nün Makedoniyadakı əsas pul qaynağı olan “Yəhya Kamal” liseyləri də son illərdə ciddi şagird itkisi ilə qarşılaşırlar ki, bu da Türkiyə dövlətinin terror təşkilatına qarşı daxildə və xaricdə kompleks tədbirlərinin nəticəsidir. 

www.yenicag.az

265