Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Fətullahçıların ermənilərlə PKK-nı kölgədə qoyan anti-Türkiyə fəaliyyəti – Rusiyada

Reklam: High Technic

bayram_namazi_duasindaBütün türkdilli ölkələrdə və ABŞ-ın maraqları olan dövlətlərdə olduğu kimi, Rusiyada da Fətullah Gülən Terror Təşkilatı (FETÖ) öz şəbəkəsini yaradıb. Təbii ki, FETÖ üçün Rusiyanın daxilində  ən aktual və perspekrtivli təbliğ bölgələri Tatarıstan və Başkırdıstan respublikalarıdır ki, orada FETÖ-nun adamları elmi ocaqlardan tutmuş prezident aparatına qədər yerləşdirilmişdilər. Həmin adı çəkilən iki respublikada sayı hesabi olmayan “türk liseyləri”, “İşıq evləri” və s. “Hizmət”in işinə yarayan obyektlər var. Bununla da kifayətlənməyən FETÖ Moskvada da liseylərini, camaat evlərini və “kültür mərkəzləri”ni açmağa cəhd edirlər.

Fəqət bu zamana qədər FETÖ-nun daha da irəli getməsinə mane olan Rusiya qanunvericiliyi idi. Belə ki, Rusiyada “nurçuluq” ekstremist sekta sayılır və FETÖ da bu kateqoriyaya daxil edilir. Fəqət gülənistlər bundan yayınmaq üçün daha çox azərbaycanlıların birləşdiyi mədəni biriklər adı altında birləşiblər. Rusiyada fəaliyət göstərən əsas FETÖ-cu mərkəzlərdən birinin  “Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzi” olduğu bildirilir. Adı çəkilən təşkilat 30 oktyabr 2008-cu ildə Namiq Şahpələngov tərəfindən təsis olunub. Təşkilatın yaranmasında əsas məqsədlərdən biri o idi ki Rusiyada yaşayan iş adamlarını öz ətraflarına çəkərək, onları “Himmət” adı altında soysunlar. Bu məqsədlə Moskvada təntənəli şəkildə pullu uşaq baxçası açdılar.  Bu baxçanın tikintisinə böyük yardımlar edən bəzi iş adamlari heç bilmədilər ki, onların xeyriyyə məqsədilə tikdirdiklərini sandıqları baxça pulnan uşaq qəbul edir və nurçuların bir qazanc mənbəyinə çevrilib.

555Fətullahçıların Moskva macərası bununla yekunlaşmır. Moskva vilayətində yerləşən Podolsk şəhərində 4 mərtəbəli bina icarəyə götürən azərbaycanlı fətullahçılar hazırda Moskvanın müxtəlif universitetlərindən olan gəncləri buraya gətirib, “təbliğ” ilə məşğul olurlar. Təəssüf ki, bəzi bizim məmurların dəstəyi ilə Gülən ideyalarını Moskvada yayan Namiq Şahpələngov və onun komandasının aktiv üzvləri (Mehman Şükürov, Ramil İsmailov və başqaları) düşünürdilər ki onların hədiyyə və rüşvət strategiyası həmişə istənilən məmurun qapısını onların üzünə açacaq. Amma bu üçlüyun planları 2013-cü ildə pozulmağa başladı. Azərbaycan və rus mətbuatında adları dövlət çevrilişinə hazırlanan FETÖ ilə birlikdə anılan bu qrup təcili özünü “ləğv etməyə” başladı. Namiq Şahpələngov və onun “Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzi” təcili şəkildə ofis ünvanlarından tutmuş, aktiv fəallarina kimi dəyişdirməyə başlandi. Bu iz itirmə prosesində təşkilatın adı belə dəyişdi, indi təşkilat “Azərbaycan-Rus Mədəniyyət Mərkəzi” adlanır.

Qısacası, azərbaycanli fətullahçılar bir muddət fəaliyətlərini dayandırıb, yeni strategiya seçimi ilə məşğul olmağa məcbur oldular. Çünki Namiq və onun komandası ifşa edildikdən sonra Azərbaycan diasporasında təmsil olunan əksəriyyət onlardan uzaq olmağa çalışdı.

Son altı ayda isə Azərbaycan fətullahçıları yeni ad və strategiya ilə yenidən ictimai sektora dönməyə başlayıblar. Yeni strategiya dedikdə, bu dəfə ancaq yerli rus təşkilatları ilə munasibət qurmaq və ətrafda çox sayli rus millətindən nümayəndələrin olması nəzərdə tutulub. Görünən odur ki “Azərbaycan-Rus Mədəniyyət Mərkəzi”nin yeni sponsorları Ramil İsmailov və Mehman Şükürovun qabağına çox sərt şərtlər qoyublar. Belə olmasaydı, ikisinin də gecə-gündüz rus təşkilatlarının qapısını yağır etməsinin şahidi olmazdıq. Ancaq əziyyətləri boşa getmir və “səbət hədiyyə”lər işə yarayır. Çünki bir çox rus təşkilatına giriş imkanlarını əldə edə biliblər. Buna Moskva Millətlər Evi, Rus-Azərbaycan Dostluq Təşkilatı və Marqarita Simonyanın rəhbərlik etdiyi “Rusiya Bu Gün” İnformasiya Mərkəzini misal gətirmək olar.

12674601_798255080318919_12937670_nÜstəlik, fətullahçılar Ərdoğan-Putin qarşıdurmasından maksimum istifadə etməyə çalışırlar. Yəni, bu sarıdan bəxtləri gətirdi. Ərdoğana qarşı düşmənçilik edənlər üçün gözəl bir alətə çevriliblər. Yəni, bu gün Rusiyada Türkiyə əleyhinə özünü “həlak edən” üç qrupdan ikisi erməni və PKK-çı kürdlərdirsə, üçüncüsü məhz FETÖ-nün simpatizanlarıdır. Rusların xoşuna gəlmək üçün hətta erməni və kürdlərin önünə belə keçiblər. Nə isə… Öz işləridir, alan məmnun, satan məmnun…

 

“Yeni Çağ” Araşdırma Qrupu

 

 

 

www.yenicag.az

820