Fəxrəddin Altun: “Dezinformasiya demokratiyamıza qarşı təhdiddir”

media-hightechnic-468x90

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun dezinformasiyanın təkcə yalan yaymaqdan ibarət olmadığını, onun demokratiyanın əsaslarına zərbə vurduğunu bildirib.

Yenicag.az xəbər verir ki, “Siyasi kommunikasiya və dezinformasiyayla mübarizə” adlı tədbirdə çıxış edən Altun qeyd edib ki, ictimai rəyə təsir etmək məqsədilə yayılan yalan məlumatlar və manipulyativ informasiyalar xalqın iradəsinə qarşı açıq hücumdur:

“Dezinformasiya yalnız bir yalan deyil, eyni zamanda ictimai etimada, cəmiyyətin rifahına və dövlətimizin demokratiya təməllərinə yönəlmiş sistemli və davamlı bir təhdiddir.

Biz həqiqətin tərəfindəyik. Yalanların, informasiya müharibələrinin qarşısında dayanmağa davam edəcəyik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600