FHN əhaliyə müraciət edib

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramında yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə deyilir: “Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir.

Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər”.

Müraciətdə təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600