FHN-in əməkdaşı dünya çempionu oldu - FOTO

media-hightechnic-468x90

Yunanıstanın Lutraki şəhərində sərbəst və yunan roma güləşi üzrə veteran idmançılar arasında dünya çempionatı keçirilib. Yarışda 38 ölkədən 700-ə yaxın idmançı iştirak edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, ölkəmizi A kateqoriyası üzrə 35-40 yaşlı sərbəst güləşçilər arasında 62 kq çəki dərəcəsində Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Cəlal Süleymanov təmsil edib.

C.Süleymanov Qazaxıstan, Yaponiya və ABŞ-dən olan rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və sərbəst güləş üzrə veteranlar arasında dünya çempionu adını qazanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05