FHN-nin növbə rəisinin köməkçisinə qarşı 10 min manatlıq dələduzluq

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyində (FHN) növbə rəisinin köməkçisi vəzifəsində işləyən şəxs dələduzluğa məruz qalıb. 

Yenicag.az-ın məlumatına görə, Mehdi adlı həmin şəxsə 10 000 manat ziyan vurulub.

Rəis köməkçisinin İbrahim adlı tanışı ona 10 000 manata “Toyota Prius” markalı minik avtomobili satacağını deyib. Lakin pulu aldıqdan sonra vədinə əməl etməyib. Bundan başqa, İbrahim Mehdinin Mirmehdi adlı qohumuna da eyni qaydada 11 000 manat ziyan vurub.

Hər iki şəxs məsələ ilə bağlı polisə müraciət edib. İbrahim şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı Yasamal Rayon Məhkəməsində aparılıb. Məhkəmədə İbrahim verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, maşın icarəsi ilə məşğuldur. Mehdi ona avtomobilini icarəyə verib. 3 il müddətində o, Mehdiyə 16 500 manat pul ödəyib. Sonradan Mehdi həmin avtomobillə qəza törədib. Qəzaya görə sığorta şirkətindən 17 100 manat alsa da, avtomobilin təmirinə sərf etməyib. Əksinə, ondan maşına görə pul tələb edib.

İbrahim digər ittihamları da rədd edib. Lakin zərərçəkmişlərin ifadəsi İbrahimin dediklərinin tam əksinə olub.

Məhkəmənin hökmü ilə İbrahim 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət  azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə bərabər tutulmaqla verilən cəzadan çıxılıb və üzərində qəti olaraq  2  il 11  ay 26  gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600