!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FHN “Sovetski”dəki yanğınla bağlı məlumat yayıb

!Reklam – Yazi

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşlara məxsus üçmərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 4 mənzili 118 m2 sahədə yanıb.

Yeniçağ.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın zamanı 1969-cu il təvəllüdlü Liliya Mixalovna Xazibovanın yanmış cəsədi aşkar olunub və 3-cü mərtəbənin eyvanından 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq L.M.Xazibovanın cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:29-da başa çatıb.

Yeniçağ.Az

COP29

www.yenicag.az

710
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv