Filippində güclü zəlzələ: Ölənlər və yaralananlar var

Filippin sahillərində baş vermiş güclü zəlzələ nəticəsində 8 nəfər ölüb, onlarla insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yenicag.az xəbər verir ki, zəlzələ 5,9 bal gücündə olub.

Yeraltı təkanlar İtbayyat adasından 14 km şərqdə yerin 10 km dərinliyində qeydə alınıb.

Loading...