"Fitrəni hər adama vermək olmaz”: Kimlər bu pulu ala bilər – QMİ-nin yeni fətvasında nələr var?

media-hightechnic-468x90

Azərbaycanda builki fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə məlumat Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlaması münasibətilə verdiyi fətvada əksini tapıb.

Bəs fitrə zəkatı əsasən kimlərə verilməlidir? İslam bu barədə nə deyir?

Sualların cavabını ilahiyyatçı Samir Əzizovdan soruşduq. S. Əzizov fitrə zəkatının istifadə qaydasını izah edib:

media-a49eb85f-5e78-4c35-b0e1-390927f07ca0

“Müqəddəs Ramazan ayı öz sonluğunu bayramla bitirir və ən önəmlisi bayram axşamı fitrə zəkatının çıxarılmasıdır. Bu dinimizdə vacib əməllərdən sayılır. Fitrə adambaşına hesablanır. Ailə fəqir hesab olunmursa, hər bir adambaşına bəlli bir miqdarda fitrə zəkatı çıxarmalıdır. Yoxsul şəxsə öz şəhərində çox istifadə edilən buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı kimi ərzaq mallarından təqribən 3 kq-a qədər miqdarda verilməlidir. Və ya bunun pulu hesablanır və pul vəsaiti şəklində verilir. Bu məbləğ ailə fərdlərinin sayına uyğun hesablanır və çıxarılır.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05