Flora Kərimova GÖZYAŞINA BOĞULDU: “Qızım olmasaydı, həyatla vidalaşardım”
“O dövrdə qızım olmasaydı, bəlkə də həyatımla vidalaşardım”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, Xalq artisti Flora Kərimova deyib.
İllərin sənətkarı repertuarında şah əsərlərdən sayılan “Yoxluğunu bilə-bilə” adlı mahnının tarixçəsini danışıb. Mahnının mərhum həyat yoldaşına ithaf olunduğunu deyən Xalq artisti ailəsinə məxsus arxiv fotolarını da paylaşıb:
“Qızımın atası avtomobil qəzasına düşdü. Çox gözlənilmədən oldu bu hadisə. O dövrdə qızım olmasaydı, bəlkə də həyatımla vidalaşardım, inanın. Birdən-birə billur bir saray gözümün önündə çilik-çilik oldu. Həmin vaxt mənə Zivər xanım zəng etdi, sən demə, itkimə, dərdimə ithaf olaraq sözlər yazıb. Hansısa mahnını məşq edib oxumağa heyim yox idi. Təbii ki, bir il də oxumadım.
Yanağımda göz yaşlarım düzülübdü gilə-gilə,
Gözləyirəm sən siləsən, yoxluğunu bilə-bilə.
Bu söz məni çox tutdu və zəng etdim bəstəkar Elza İbrahimovaya”.
Fotoları təqdim edirik:
Cəvahir