Flora Kərimovadan QAZİLƏRƏ JEST - AÇIQLAMA

media-hightechnic-468x90

Xalq artisti, “Şərəf” ordenli Flora Kərimova Prezidentin təqaüdünün ilk ayını Vətən Müharibəsi qazilərinə hədiyyə edib.

Bunu Yenicag.az-a açıqlamasında sənətkarın köməkçisi Əli Davudov bildirib:

“Flora xanımın ən böyük arzusu idi ki, təqaüdünü alan kimi imkansız qazilər arasında bölüşdürsün. Flora xanım isə onları tanımadığı üçün bu işi Kamilə həvalə etdi. Zeynallıya müraciət etdik və pulu ona verdik ki, ən imkansız ailələri seçsin. Çünki o qaziləri daha yaxından tanıyır və həyat şəraitinə bələddir. Və istəyinə də çatdı, pul ən kasıb qazi ailələrinə qismət oldu. Pulun 1000 manatı döyüşlər zamanı ağır yaralanan Rəvan Əzizova, 500 manatı isə Amin Musayevə verildi”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600