Xalq artisti Flora Kərimova həmkarı Zeynəb Xanlarova barədə sərt ittihamlarla çıxış edib.
Yenicag.az xəbər verir ki, sənətçi bu barədə instagram hesabında paylaşım edib.
O, millət vəkilini son açıqlamalarına görə sərt şəkildə tənqid edib:
“Bu rəsmləri və xəbəri gördükdə, keçən həftənin icmalını silkələyən, 40 ilə yaxın deputat kürsüsünu zəbt edən, xalq artisti Zeynəb Xanlarovanın Rasim Balayev və Azərbaycan müəllimi barəsində dediklərinə göz yuma bilmədim. Susa bildiyim qədər susdum ki, yenə deməsinlər ki, Flora Kərimova polemika axtarır, qaşınmayan yerdən qan çıxardır və ya kiminsə bostanına daş atır! Bildiyim qədəri ilə insanın həyatı boyu xasiyyəti dəyişmir, hədəfləri dəyişir. İldə-fəsildə bir fikrə, bir düşüncəyə xidmət eləmək…?! İllah da səksəndən sonra! Birinci gələk şabalıd satan müəllim mövzusuna. Deyən lazımdır ki, ürəyinin “yumuşalmağı” üçün qocalmağın lazım idi? Pensiya vaxtını azaltdığın, uşaq pulunu kəsdirdiyin, maaşının artırılmasına etiraz etdiyin müəllimləri illər sonra Türkiyədə acınacaqlı görüb, halına acıyaydın?! Müəllimə bu rəzaləti layiq bilib, sonra başını sığallamaq… Kimə gərəkdir? “Prezidentə düzgün məlumat çatdırmırlar!” – heç fərqindəsən nə danışırsan!? Mənim ağıllı prezidentim her şeyi görür və düz edir, nə edirsə”- sözünlə, dünən dediyin üst -üstə düşür? Belə çıxır ki, prezident bilərəkdən sənin sözünlə desəm acından öldürür”? Budur sənin vətandaş-deputat mövqeyin, budur tutduğun vəzifənin şanlı və şərəfli göstəricisi? Ağbirçək olasan, 25 ilə yaxın müharibə şəraitində yaşayan dövlətə birbaşa “xidmət” edəsən və bütün titulları alasan, müharibə astanasından, müharibədən dönəsən, 100-ə yaxın şəhidin ola (APREL DÖYÜŞLƏRİ) bütün gəncin, qadınlı-kişili könüllü meydanlara çıxa, hökuməti dəstəkləyə, erməni ilə sülhə qoşulasan?
Nə qədər özünü mənasız və cılız, yaxşı göstərib silahdaşlarını küçümsəmək olar?! Ayıbdır, amma dahası olmamalıdır! Bəs sən niyə elə orda, dediyin qədər ürəyin yanırdısa İstanbuldakı o “qanın qaynadığı”, acıdığın şabalıdsatan müəlliminə cüzi də olsa bir yardım etmədin, ya da xalq artistinə… Vicdanın varsa, sus və heç yaxşılıq eləmə! 40 ildə eləmədinsə, bundan belə də cəhd etmə, bil ki, ziyanın dəyir”.
www.yenicag.az